Salyanda şagirdlər tüstüdən zəhərləniblər | YENİLƏNİB
* * *
15:49
Salyan rayonunun Aşağı Noxudlu kənd tam orta məktəbində pelet sobasının tıxanması tüstülənməyə səbəb olub.
AzVision.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Bildirilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülüblər.
Tüstülənmə nəticəsində 10 şagird, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.
Eyni zamanda, TƏBİB-in məlumatına əsasən, 13:48 radələrində Yuxarı Noxudli kənd məktəbindən 11 şagird (4-ü oğlan, 7-si qız) və 2 nəfər texniki qadın işçi tüstüdən zəhərlənmə diaqnozu ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Zəruri tibbi xidmət göstərildikdən sonra 8 nəfər evə buraxılıb.
AzVision.az
Teqlər: hadisə







Vaxtında, Aydın, Lazımlı!


